Antisanitar şəraitdə fəaliyyət göstərən bir neçə kafenin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, dairəvi yolun 1-ci kilometrliyində fəaliyyət göstərən kafelərdə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı normativ tələblərin pozulduğu məlum olub.
Agentlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, qida obyektlərində sanitar-gigiyenik tələblərə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divarların təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı təxirəsalınmaz tədbirlər görülüb, kafelərin fəaliyyəti dayandırılaraq icrası məcburi göstərişlər verilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır