“Rza Zaki Lətifbəyov. Seçilmiş əsərləri” kitabı işıq üzü görüb
Bakı, 9 yanvar, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanımbacı Məlikzadənin (Xanım Mehdixanlı) transfoneliterasiya edərək nəşrə hazırladığı “Rza Zaki Lətifbəyov. Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, X.Məlikzadə tərtib etdiyi kitaba geniş ön söz yazıb, lüğət əlavə edib.
Kitabda XX əsrin əvvəllərində yaşamış pedaqoq, yazıçı, dramaturq Rza Zəki Lətifbəyovun ötən əsrin əvvəllərində əski əlifba ilə çap olunmuş və indiyə qədər latın əlifbasına çevrilməmiş “Zavallı Cavad”, “Nakam qız”, “Oxuyun, qızlarım”, “Bədbəxt gəlin”, “Haqq yerini tapar”, “Sultan Əbdülhəmidin xəli” və “Mənzumeyi-hicran” adlı əsərləri yer alıb.
Qeyd edək ki, yeni nəşrin baş məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru Samirə Əliyeva, rəyçisi Sevinc Bayramova, redaktoru Vüsalə Nuriyevadır.
BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
“Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçirilib VİDEO
Naxçıvan bölməsində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi sessiya keçirilib