İlahiyyat İnstitutunda keçirilən “Şeir qiraəti” yarışmasının qalibləri mükafatlandırılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Şeir qiraəti” yarışması keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Yarışdan öncə prorektor Mübariz Camalov tələbələrin dini və dünyəvi biliklərə yiyələnmələri istiqamətində Aİİ-nin müsbət fəaliyyətini vurğulayıb. Bildirib ki, belə yarışmalar gənclərin ümumi savad və dünyagörüşlərini artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
Tələbələrin milli-mənəvi ruhda inkişaf etməsi, dünyagörüşlərinin formalaşması, həmçinin vətənpərvərlik ruhuna daha dərindən yiyələnmələri üçün əvvəlcədən təqdim olunmuş mövzulara uyğun gələn şeirlər səsləndirilib. Qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “Şeir qiraəti” yarışmasında birinci yerə “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Emil Qasımov, ikinci yerə “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Əkbər Hüseyn, üçüncü yerə “İslamşünaslıq” ixtisasının II kurs tələbəsi Məhsumə Şahverdiyeva layiq görülüblər.
Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ötən il 264 tədqiqat işi icra olunub
BDU-nun professoru Azərbaycanda ilk dəfə diplomatik-siyasi ensiklopediya nəşr etdirib
Tanınmış ədəbiyyatşünas-alim haqqında kitab nəşr olunub
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır