×
A
A
A
Sazlamalar

Azərbaycanın hakim-inspektoru Avropa çempionatının oyununa təyinat alıb

Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli növbəti dəfə təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya - Belarus oyununda iş başında olacaq.
İkinci qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.

İdman 2025-01-09 17:00:00