“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib
Bakı, 9 yanvar , AZƏRTAC
Qış hazırlıq prosesini davam etdirən "Qarabağ" və "Kəpəz" komandaları arasında yoxlama oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərsun Arena”da təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində qolları 5, 14, 35-ci dəqiqələrdə Aleksey Kaşuk, 38-ci dəqiqədə Emmanuel Addai, 64-cü dəqiqədə isə Davud Məsumov vurublar.
Gəncə klubunun yeganə qoluna isə 67-ci dəqiqədə Ehtiram Şahverdiyev imza atıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də ikinci yoxlama görüşündə "Zirə"ni sınağa çəkəcək.
Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır
Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm
Riçard Almeyda: İnanıram ki, Juninyo Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək
"Borussiya Dortmund" Nuri Şahinlə yollarını ayırıb
Bakıdakı Dünya Kubokunda 38 ölkənin idman gimnastı yarışacaq