“Araz-Naxçıvan” klubu bir futzalçı transfer edib, ikisini icarəyə verib
Bakı, 9 yanvar, AZƏRTAC
“Araz-Naxçıvan” futzal komandası transfer çalışmalarını davam etdirir.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi Azərbaycan millisində çıxış etmiş Əmir Şocayini heyətinə cəlb edib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv Qüdrət Qasımzadə və İmaməli Hüseynovu icarə əsasında “Yasamal Bakı”ya göndərib. Hər iki oyunçu mövsümün sonunadək paytaxt klubunda çıxış edəcək.
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb
“Fənərbağça” PSJ-nin futbolçusu ilə anlaşıb
Ukrayna millisinin hücumçusu “Trabzonspor”a keçib
Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır VİDEO
Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm VİDEO