Muxtar respublikada hərrac və müsabiqələrdən büdcəyə daxilolmalar 4 dəfə artıb
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 2024-cü ildə 149 əmlak üzrə hərrac və müsabiqələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən il ərzində dövlət əmlakının satışı üzrə keçirilən hərraclardan muxtar respublika büdcəsinə daxilolmalar 2023-cü illə müqayisədə 4 dəfə artaraq 1,4 milyon manat, bələdiyyə torpaqlarının satışı üzrə daxilolmalar isə 87,8 faiz artaraq 409,7 min manat olub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır