Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 3,6 faiz artıb
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ildə 11268 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici 2023-cü illə müqayisədə 3,6 faiz çoxdur.
Mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4829-u torpaq sahəsi, 3985-i fərdi yaşayış, 2-si bağ evi, 1779-u mənzil, 193-ü qeyri yaşayış binası, 449-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 30-u əmlak kompleksidir.
Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən muxtar respublika büdcəsinə daxilolmalar 11,7 faiz artaraq 1,2 milyon manatdan çox olub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır