Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri elan edilib
Bakı, 9 yanvar, AZƏRTAC
Dekabrın 22-də keçirilən respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər. Nəticələrlə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu ilə bağlı məlumatlar tezliklə paylaşılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli, 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq fənn olimpiadalarının qalibləri olmuş şagirdlər respublika mərhələsində birbaşa iştirak etmək hüququ qazanırlar.
Gəncə Dövlət Universiteti “Times Higher Education” reytinqində yer alıb
Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbuluna başlanılır
Əlyazmalar İnstitutunun cari il üçün nəzərdə tutulan elmi-tədqiqat işləri təsdiqlənib
Beynəlxalq Türk Akademiyası ilə TÜBA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub