“Beşiktaş” tanınmış xorvatiyalı mütəxəssislə anlaşıb
Bakı, 9 yanvar, AZƏRTAC
Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi xorvatiyalı mütəxəssis Niko Kovaçla anlaşıb. 53 yaşlı çalışdırıcı ilə klub prezidenti Serdal Adalı arasında telefon zəngi vasitəsilə razılıq əldə olunub.
Onunla 3.5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Niko Kovaç məşqçilik karyerası ərzində daha əvvəl “Bavariya”, “Volfsburq”, “Ayntraxt” (hər üçü Almaniya),“Monako” (Fransa) və Xorvatiya millisində işləyib.
Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır
Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm
Riçard Almeyda: İnanıram ki, Juninyo Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək
"Borussiya Dortmund" Nuri Şahinlə yollarını ayırıb
Bakıdakı Dünya Kubokunda 38 ölkənin idman gimnastı yarışacaq