Azərbaycan klubu braziliyalı futbolçunu transfer edib
Bakı, 9 yanvar , AZƏRTAC
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb.
Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” komandası olub.
Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib
Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub