"Sumqayıt" qış fasiləsində hücum xəttini iki futbolçu ilə gücləndirəcək
Bakı, 9 yanvar , AZƏRTAC
"Sumqayıt" qış transfer dövründə hücum xəttini iki futbolçu ilə gücləndirəcək.
Bu barədə AZƏRTAC-a "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov məlumat verib.
Mütəxəssis hücum xətti üçün iki oyunçu transfer edəcəklərini bildirib.
Qeyd edək ki, "Sumqayıt" qış transfer dövründə yarımmüdafiəçi Fernando Medeyros və Azərbaycan millisinin üzvü Rəhim Sadıxovla vidalaşıb.
Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib
Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub