Cəbrayılda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Cəbrayıl, 9 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Cəbrayıl rayonunda minik avtomobilinin aşması ilə nəticələnən qəzada bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun Cəbrayıl rayonundan keçən hissəsində qeydə alınıb.
"Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində Ağayev Nicat Nəhməd oğlu ölüb, xəsarət alan iki nəfər - Pərviz Tapdıq oğlu Fərzəliyev və Xəqani Mirkərim oğlu Mirsahibov Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal təcili təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunublar.
Faktla bağlı araşdırma aparılır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır