Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Gücümüzü hər kəsə sübut etmişik, dünya çempionu olmaq istəyirik
Bakı, 9 yanvar, AZƏRTAC
"Avropanın ən yaxşı yarımmüdafiəçisi seçiləcəyimə inanırdım".
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə deyib.
O, bu ada layiq görülməsinin ötən il milli və klub səviyyəsində qazanılan uğurlarla əlaqəli olduğunu bildirib: "Yığma və hazırda çıxış etdiyim "Birbaşa Bakı"nın heyətində yaxşı nəticələr əldə etdik. Klub səviyyəsində Çempionlar Liqasının qalibi olduq. Hər kəs mənimlə razılaşar ki, ötən il Azərbaycan minifutbolu üçün uğurlu oldu. Artıq hər kəsə gücümüzü sübut etmişik".
Onun sözlərinə görə, əsas məqsəd bu ilin may ayında Azərbaycanda keçiriləcək dünya çempionatında birinci olmaqdır: "Buna nail olmaq üçün kifayət qədər gücümüz var. Çünki heyətimizdəki oyunçular bacarıqlı və təcrübəlidirlər. Təbii ki, doğma meydanda oynamaq bizim xeyrimizədir. Düşünürəm ki, ev sahibi olmaq əlavə üstünlükdür. Bundan maksimum istifadə etmək, əlimizə düşən fürsətlərdən yararlanmaq istəyirik".
Xatırladaq ki, daha əvvəl millinin digər üzvü Vüsal İsayev də ən yaxşı müdafiəçi nominasiyasında qalib olub.
Ukrayna millisinin hücumçusu “Trabzonspor”a keçib
Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır
Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm
Riçard Almeyda: İnanıram ki, Juninyo Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək