×
A
A
A
Sazlamalar

Azərbaycan klubu daha iki basketbolçu transfer edib

Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanın NTD klubu daha iki basketbolçunun transferini reallaşdırıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komanda Hüseyn Məmmədov və Oğuzxan Quliyevlə müqavilə imzalayıb.
Onlarla sözləşmənin müddəti mövsümün sonuna qədərdir.
Qeyd edək ki, H.Məmmədov daha əvvəl “Abşeron”da çıxış edib.

İdman 2025-01-09 10:15:00