×
A
A
A
Sazlamalar

Azərbaycan klubu rumıniyalı futbolçunu transfer edib

Bakı, 8 yanvar , AZƏRTAC

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb.
Rumıniyalı futbolçu ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik”i olub.

İdman 2025-01-08 23:21:00