Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib
Bakı, 8 yanvar, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Avropanın ən yaxşısı seçilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yığma üzvü minifutbol üzrə Avropada 2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi seçilib.
Xatırladaq ki, millimizin digər üzvü Vüsal İsayev ən yaxşı müdafiəçi nominasiyasında qalib olub. Hər iki oyunçu Azərbaycan çempionu “Birbaşa Bakı” komandasının üzvləridir.
Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib
Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub