Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb
Bakı, 8 yanvar, AZƏRTAC
Qırğızıstanın tanınmış informasiya vasitəsi olan “turktoday.info” portalı Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibənin tam mətnini dərc edib.
AZƏRTAC-da yayımlanan xəbərlərdən istifadə edən “turktoday.info” informasiya agentliyinin materialında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə görüşlərin əhəmiyyətindən bəhs olunub. Materialda Azərbaycan Prezidentinin çıxışından sitata yer verilib: “Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır”.
Daha sonra agentliyin dərc etdiyi yazıda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundunun yanvarda baş tuta biləcəyi qeyd edilib.
Məqalədə həm də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsinin tərkib hissəsi olduğu vurğulanıb. Rəsmi Bakı və İrəvanın 2022-ci ildən etibarən gələcək sülh müqaviləsinin bir hissəsi kimi öz sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməyə başladığı xatırladılıb.
Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər başa çatıb