×
A
A
A
Sazlamalar

Şərurda evdə yanğın olub

Naxçıvan, 8 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Düdəngə kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 200 kvadratmetr yaşayış evinin 20 kvadratmetr hissəsi yanıb, 180 kvadratmetr hissəsi isə yanğından mühafizə edilib.

Regionlar 2025-01-08 18:13:00