Türkiyə Superliqasının oyunlarında əcnəbi VAR hakimlərindən istifadə olunacaq
Bakı, 8 yanvar, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının oyunlarında VAR sisteminə müvəqqəti olaraq əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.
AZƏRTAC Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar TFF-nin İdarə Heyətinin iclasında qəbul olunub.
Bildirilib ki, bu addım VAR sistemindən daha səmərəli istifadəni təmin etmək və gənc hakimlərin inkişafına təkan yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, Superliqada mövsümün ikinci yarısına yanvarın 17-də start veriləcək.
Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib
Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub