Elgün Hacıyev: Fransanın BTQ-yə dəstək olanlara təzyiq göstərməsi ifadə azadlığının pozulmasıdır VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Yeni Kaledoniyadakı proseslər zamanı baş verən hadisələr barədə şəkillər və videolar dostlarımız vasitəsilə bizə göndərilib. Lakin Fransanın bunun saxta olduğunu adlandırması reallığı əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) şöbə müdiri Elgün Hacıyev BTQ-yə qarşı əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransı zamanı söyləyib.
O bildirib ki, Yeni Kaledoniyadakı hadisələr barədə BTQ-nin paylaşımlarını bəyənənləri və paylaşanları Fransa troll adlandırıb. Fransa, həmçinin BTQ-yə dəstək olanlara qarşı təzyiq göstərib. Bütün bunlar ifadə azadlığının pozulmasıdır.
Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər başa çatıb