BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb
Bakı, 8 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “CLIMASEL” layihəsi Niderlandın “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı 30 layihə arasında yer alıb. Enerji və ətraf mühit kateqoriyasında isə 2000 layihə arasından seçilib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, “CarbonX” komandasına 25 min avro investisiya ayrılıb. Komanda 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.
Layihənin təqdimatını BANM-ın Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova ediblər. Həmçinin layihədə Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə, Kimya kafedrasının müəllimi Aysel Məmmədova və SOCAR Türkiyə Strateji Planlaşdırma və Korporativ Performans üzrə Mütəxəssisi Güllü Hüseynli (BANM məzunu) yer alıblar.
“CLIMASEL” layihəsi binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan “Climasel” panelləri istehsal edir.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ötən il 264 tədqiqat işi icra olunub
BDU-nun professoru Azərbaycanda ilk dəfə diplomatik-siyasi ensiklopediya nəşr etdirib
Tanınmış ədəbiyyatşünas-alim haqqında kitab nəşr olunub
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır