Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.
Üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə olmaqla, axşam saatlarında keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər məlumatlarını PDF formatda bir səhifədən çox olmamaqla, yazılı portfolionu [email protected] elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər.
Müraciətlər yanvarın 25-dək qəbul olunur.
Layihədə iştirak ödənişsizdir.
Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub
Praqada “Qanlı Yanvar” filmi göstərilib
XTNS-in “Azərbaycan” pavilyonunda rəsm üzrə ustad dərsi olacaq