×
A
A
A
Sazlamalar

Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var

Xaçmaz, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “VAZ 2109” və “Audi” markalı minik avtomobilləri toqquşub. Hadisədə “VAZ 2109”-da olan sürücü və sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2025-01-07 23:21:00