Məktəblilər Biofizika İnstitutunda praktiki təlimlərdə iştirak ediblər
Bakı, 7 yanvar, AZƏRTAC
Nizami rayonunda yerləşən 242 nömrəli orta məktəbin şagirdləri Biofizika İnstitutunda təşkil edilən praktiki təlimlərdə iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, təlim İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva tərəfindən keçirilib. Təlimdə bioinformatika sahəsində müasir alətlər və üsullar izah edilərək tətbiq olunub.
Təlimin əsas məqsədi bioinformatika sahəsində müasir yanaşmaları məktəb şagirdlərinə çatdırmaq, onları elmi tədqiqatlara təşviq etmək olub. Şagirdlərlə gələcəkdə bu kimi planlı təlimlərin davam etdirilməsi nəzərdə tutulur.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ötən il 264 tədqiqat işi icra olunub
BDU-nun professoru Azərbaycanda ilk dəfə diplomatik-siyasi ensiklopediya nəşr etdirib
Tanınmış ədəbiyyatşünas-alim haqqında kitab nəşr olunub
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır