Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!".
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib
Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb YENİLƏNİB VİDEO