Filarmoniyanın yanvar ayı üçün tədbirlər planı açıqlanıb
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyası yanvar ayı üçün tədbirlər planını açıqlayıb.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, ay ərzində sənət ocağının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin çıxışları nəzərdə tutulur.
Həmçinin Filarmoniyada 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Qış nağılı” adlı konsert, Abonement 2 və Gənc istedadların konserti təşkil olunacaq.
Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub
Praqada “Qanlı Yanvar” filmi göstərilib
XTNS-in “Azərbaycan” pavilyonunda rəsm üzrə ustad dərsi olacaq