Musiqili Teatrda “Dilarənin Yeni il hədiyyəsi” adlı stendap keçirilib
Bakı, 4 yanvar, AZƏRTAC
Yanvarın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyevanın iştirakı ilə stendap keçirilib.
AZƏRTAC xəbər verir ki, “Dilarənin Yeni il hədiyyəsi” adlı stendap bir saat iyirmi dəqiqə müddətində reallaşıb. Stendapın ssenaristi Fariz Əliyevdir.
Tədbirdə Əməkdar artist aktyor sənətinin bütün çalarlarını sərgiləyərək hər kəsi düşündürən məsələlər, problem və qayğılardan söhbət açıb.
Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub
Praqada “Qanlı Yanvar” filmi göstərilib
XTNS-in “Azərbaycan” pavilyonunda rəsm üzrə ustad dərsi olacaq