Avstriyada fəaliyyət göstərən diaspor fəalları ilə görüş keçirilib
Bakı, 3 yanvar, AZƏRTAC
Avstriya Respublikasının mədəniyyət paytaxtı sayılan Zalsburq şəhərindəki Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə Avstriya Respublikasında fəaliyyət göstərən diaspor fəalları arasında görüş keçirilib. Bu barədə AZƏRTAC-a Avstriya Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib. Diaspor fəalları ilə görüşün məqsədi Avstriyada diaspor quruculuğu işlərində səmərəliliyi artırmaq və gələcək fəaliyyət xəritəsinin müəyyənləşdirilməsi olub.
Tədbirdə Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Zalsburq Azərbaycan Evinin rəhbəri çıxış edərək Azərbaycan Evi haqqında danışıb.
Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatının üzvləri və diaspor fəalları “2024-cü il Diaspor quruculuğunda göstərdiyi fəallığa görə” təşəkkürnamə ilə təltif olunublar.
Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyeva adına təqaüd proqramı təsis olunub
Köln şəhər bələdiyyəsində Almaniya Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq müzakirə olunub
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib