Azərbaycan Prezidenti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK
Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib VİDEO