Prezidentin Mətbuat Xidmətinin məlumatı
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Patriarx Kirill dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, humanitar sahədə əməkdaşlığımızın bu işə töhfə verdiyi qeyd olunub, Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı həyata keçirilən işlər məmnunluqla qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib
Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb YENİLƏNİB VİDEO