BDU İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə tamhüquqlu üzv seçilib
Bakı, 13 dekabr, AZƏRTAC
Bakı Dövlət Universiteti İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə (The Global University Network for Innovation - GUNI) tamhüquqlu üzv seçilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
GUNI 1999-cu ildə UNESCO-nun Ali Təhsil üzrə Ümumdünya Konfransından sonra bağlanmış müqavilələrə nəzarət etmək, universitet siyasəti və idarəçiliyində ekspert təşkilatı kimi fəaliyyət göstərmək üçün yaradılıb.
100 ölkədən 364 universiteti birləşdirən beynəlxalq şəbəkəyə ali təhsil müəssisələri ilə yanaşı, UNESCO kafedraları və tədqiqat mərkəzləri də daxildir.
GUNI-ya üzvlük BDU-ya innovativ yeniliklərin tətbiqi üçün daha geniş şərait yaradacaq.
Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib
ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır
DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək
Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub