×
A
A
A
Sazlamalar

Azərbaycanın İrandakı səfirliyinin konsulluq xidmətinin fəaliyyəti bərpa olunur

Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 15-dən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edəcək.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

 Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:

Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5

Telefon: (+98 21) 22 59 62 90/91

Faks: 22596310

Elektron poçt: [email protected]

Siyasət 2024-12-13 16:25:00