Vahid Məhkəmə Portalı və onun funksional imkanlarını əks etdirən videotəlimat hazırlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu tərəfindən Vahid Məhkəmə Portalı və onun funksional imkanlarını əks etdirən videotəlimat hazırlanıb.
İşçi qrupuna rəhbərliyi həyata keçirən Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Vahid Məhkəmə Portalında istifadəçilər üçün bir sıra funksional imkanlar yaradılıb. Portalda “Məhkəmələr”, “Hakimlər”, “Vəkillər”, “Mediatorlar” bölmələri istifadəyə verilib. Bu bölmələr vasitəsilə istifadəçilər məhkəmələr, hakimlər, eləcə də vəkillər və mediatorlar üzrə ətraflı axtarış edə və məlumat ala, həmçinin mediatorlara onlayn qaydada müraciət edə bilərlər.
Portalda “Məhkəmə rəqəmlərdə” bölməsində məhkəmə işləri, keçirilən məhkəmə iclasları, qəbul edilmiş məhkəmə aktlarının sayı barədə real vaxt rejimində yenilənən statistika təqdim olunur.
Həmçinin görülən işlər çərçivəsində məhkəmə statistikası sahəsində şəffaflığın artırılması məqsədilə Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsi də yenilənib. Bu bölmə vasitəsilə hər bir şəxs məhkəmələrə daxil olmuş işlər, işlərin bitmə əmsalı, məhkəmə işinə baxılma müddəti, hakimlərin cinsə görə bölgüsü, kommersiya mübahisələri və müflisləşmə üzrə işlərə dair müxtəlif illəri (rüblər üzrə) əhatə edən dəqiq statistik rəqəmlərlə tanış ola bilərlər.
AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil
Qafqaz Müsəlmanları İdarəsində Türkiyə və İraq səfirləri ilə görüş keçirilib
Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib VİDEO
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir