Belarus avropalılar üçün vizasız giriş müddətini daha bir il uzadıb
Bakı, 13 dekabr, AZƏRTAC
Avropa ölkələri vətəndaşlarının Belarusa mövcud vizasız giriş rejiminin müddəti 2025-ci ilin sonuna qədər uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
Bildirilir ki, Belarusa “vizasız” səyahətin əcnəbilər arasında populyarlığını nəzərə alaraq, dövlət başçısı Avropanın 38 ölkəsinin vətəndaşları üçün vizasız giriş müddətinin uzadılması barədə qərar qəbul edib. Beləliklə, əcnəbilər 2025-ci il dekabrın 31-dək bu ölkəyə vizasız gələ biləcəklər.
2022-ci ildə vizasız rejim tətbiq olunmağa başlayandan bəri Avropa ölkələrinin bir milyondan çox vətəndaşı Belarusa səfər edib. Vizasız giriş Avropa İttifaqının qonşu ölkələri - Litva, Latviya, Polşa, həmçinin Almaniya, Estoniya, İtaliya, Fransa və Böyük Britaniyadan olan turistlər arasında daha çox populyardır.
Vankuver aeroportunda uçuşlar müvəqqəti məhdudlaşdırılıb
Ev pişiyi yeni virusun kəşfində rol oynayıb - ARAŞDIRMA
Bataqlıq ərazilərinin yox olmasına görə dünya 39 trilyon dollar zərərlə üzləşə bilər
Donald Tramp Aİ ilə danışıqlarda irəliləyiş olduğunu bildirib
Uşaq travmaları yetkinlik dövründə psixi sağlamlığa təsir göstərir - ARAŞDIRMA