Vladimir Putin Moskvada Nikol Paşinyanla görüşməyi planlaşdırmır
Moskva, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Rusiya Prezidenti Vladimir Putin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya gələn Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
“Bu gün baş nazirin proqramına uyğun olaraq ayrıca görüş nəzərdə tutulmayıb”, - deyə o bildirib.
Dmitri Peskovun sözlərinə görə, N.Paşinyan dekabrın 25-26-da MDB-nin qeyri-rəsmi sammitinin keçiriləcəyi Sankt-Peterburqa dəvət olunub. Orada Birlik ölkələrinin dövlət başçılarının ənənəvi görüşü ilə eyni vaxtda Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.
Serbiyada yeni siyasi hərəkat yaradılır
Kiyevə raket hücumu olub, ölənlər var
Nigeriya BRICS-in tərəfdaş ölkəsi olub
London meri Teylor Sviftin konsert biletlərinə görə araşdırılacaq
Soyuq hava şəraitinə görə Donald Trampın andiçmə mərasimi qapalı yerdə keçiriləcək