Energetika naziri Lənkəranda vətəndaşlarla görüşüb
Bakı, 13 dekabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Lənkəran şəhərində vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, sayğac quraşdırılması, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və istismar vəziyyəti, təbii qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdə Lənkəran, Astara, Biləsuvar və Cəlilabaddan olan 11 vətəndaş iştirak edib.
Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb
Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib
AMB sədri: Uçot dərəcəsinin azaldılması ilə bağlı qərara yenidən baxa bilərik
Mərkəzi Bank neft və qazın 2025-ci il üzrə orta qiymətini açıqlayıb
Taleh Kazımov: Bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır