İtaliyada nəqliyyat işçiləri tətil edirlər
Roma, 13 dekabr, AZƏRTAC
İtaliyada yerli ictimai nəqliyyatda 24 saatlıq milli tətil elan olunub.
AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə ölkədə əksər ictimai nəqliyyat növləri üzrə işçilər tətil ediblər.
Hava nəqliyyatı işçiləri istisna, tətilə taksi və dəniz nəqliyyatı sektorunda çalışan işçilər də qoşulublar. Beləliklə, paytaxt Romada avtobus, metro, tramvay və dəmir yolu xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub, ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Bundan başqa, ölkənin digər böyük - Neapol, Milan və Genuya kimi şəhərlərində də nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Aİ-nin hazırlıq, böhranın idarəedilməsi və bərabərlik komissarı Türkiyəyə səfər edəcək
Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb
Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib
Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib
Media: Həmas bir neçə saat ərzində girovların siyahısını təqdim edəcək