Rusiyalı senator: Heydər Əliyev arzu edirdi ki, Azərbaycanın bütün ərazisi azad olsun VİDEO
Moskva, 13 dekabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev arzu edirdi ki, Azərbaycanın bütün ərazisi azad olsun və onun övladı Prezident İlham Əliyev onun bu xəyalını gerçəkləşdirdi.
Bu barədə AZƏRTAC -ın müxbiri ilə söhbətində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov bildirib.
Heydər Əliyev dahi, vətənpərvər insan, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Heydər Əliyev xəyal edirdi ki, Azərbaycanın bütün ərazisi azad olsun və onun bu xəyalını övladı Prezident İlham Əliyev həyata keçirdi”, - deyə rusiyalı senator qeyd edib.
O deyib ki, Heydər Əliyevin anım günü kədərli gündür. “Bu gün Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq, “İlham Əliyev Azərbaycan tarixində yeni dövr açdı. O, Heydər Əliyevin işini ləyaqətlə və fədakarlıqla davam etdirir”, - deyə İ.Umaxanov vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
XİN: Ermənistanın tarixi saxtalaşdıran təbliğatı sülhə xidmət etmir
Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır
Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib
Türkiyə eksperti: Ermənistanın ikili xarici kursu regional sabitliyə problemlər vəd edir