Dövlət Xidmətinin rəisi Gəncədə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 13 dekabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov dekabrın 13-də Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcərdən olan vətəndaşların müraciətlərini dinləyib.
Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Qəbulda 5 şəhid ailəsi və 2 müharibə veteranı olmaqla, 38 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Xidmətinin rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
Tovuzda silahlı narkokuryer saxlanılıb
68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir
Ağdaşda üstünə nərdivan aşan azyaşlı ölüb
Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib