Papa Fransisk Korsika adasına apostol səfərinə gedir
Vatikan, 13 dekabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Korsika adasına apostol səfərinə gedəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Roma Papası dekabrın 15-də Korsika adasında apostol səfərində olacaq. Pontifik səfər çərçivəsində dini konfransda iştirak edəcək, dindarlarla görüşəcək və 7000 möminin qarşısında çıxış edəcək. Bu, 87 yaşlı Fransiskin sayca 47-ci apostol səfəri, ziyarət etdiyi 67-ci ölkədir.
Eyni zamanda, bu, bir Papanın Korsika adasına ilk səfəridir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Fransa qoşunlarının yay aylarında Seneqaldan çıxması planlaşdırılıb
Axtarışda olan iki cinayətkar Ermənistandan Türkiyəyə ekstradisiya edilib
Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib
Media: Həmas bir neçə saat ərzində girovların siyahısını təqdim edəcək
Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur