AYNA 8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağına vaxt bildirən yol nişanı quraşdırıb
Bakı, 13 dekabr, AZƏRTAC
8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
AYNA ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.
Qeyd edilib ki, mərhələli şəkildə digər küçə və prospektlərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.
® “Unibank” “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib
Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb
Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq
İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb