84 yaşlı keçmiş məcburi köçkün: Şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu
Ağdam, 13 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün mənim üçün ən dəyərli gündür. Çünki yenidən doğma Qarabağıma qayıdıram.
Bu sözləri Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün, 84 yaşlı Gülabə Ağayeva deyib.
“Şükürlər olsun ki, bu günü görmək mənə qismət oldu. İndi doğma torpaqlara övladlarımla, nəvələrimlə qayıdıram. Allah dövlətimizi daim qüdrətli eləsin, bir də xalqımıza ağır günlər yaşatmasın”, - deyə o əlavə edib.
Ağstafada yol qəzası olub, xəsarət alanlar var
Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var
Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb
Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib