Hərbi Hava Qüvvələrində voleybol üzrə birincilik keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində (HHQ) hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birinciliyin açılış və bağlanış mərasimlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, HHQ-nin müxtəlif hərbi hissələrini təmsil edən komandalar birincilikdə inamla mübarizə aparıblar.
Maraqlı keçən yarışlar nəticəsində qalib komandalar mükafatlandırılıb.
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər VİDEO
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
İdrak savaşlarının təzahürləri və fəsadları - MƏQALƏ
Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb