Nazir müavini: Biz doğma torpağımız olan Qərbi Azərbaycana həsr olunmuş markaların buraxılmasını çox önəmli bir addım hesab edirik
Bakı, 11 dekabr, AZƏRTAC
“Bu gün biz bura dövlətimizə və tariximizə çox önəmli bir məqsəd üçün toplaşmışıq. Bu günədək “Azərpoçt” bir sıra tarixi, vacib məzmunlu markalar dövriyyəyə buraxıb. Bu markalar böyük əhəmiyyət kəsb edir. Bu markalar təbliğat üçün vacib vasitədir. Biz doğma torpağımız olan Qərbi Azərbaycana həsr olunmuş markaların buraxılmasını çox önəmli bir addım hesab edirik”.
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimində deyib.
“Qərbi Azərbaycan bizim qədim torpaqlarımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir. Markalar da bir sübutdur. Həmçinin tarixi sənədlər, arxiv materialları dəfələrlə bu sübutları dünya ictimaiyyətinə təqdim edib. Dövlət başçımızın qeyd etdiyi kimi, biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Hazırda əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - deyə nazir müavini əlavə edib.
Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib
DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb
Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub