×
A
A
A
Sazlamalar

Naxçıvanda aksiz markası olmayan 15 min ədədə yaxın siqaret aşkarlanıb

Naxçıvan, 10 dekabr, AZƏRTAC

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən üzərində aksiz markası olmayan iki adda 14980 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2024-12-10 11:27:00