×
A
A
A
Sazlamalar

Naxçıvanda 2090 şəxsə əlillik təyin olunub

Naxçıvan, 10 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları üzrə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2090 şəxsə əlillik təyin olunub.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 1258 nəfərdə ilkin, 832 nəfərdə isə təkrar əlillik təyinatı aparılıb.

Regionlar 2024-12-10 11:00:00