×
A
A
A
Sazlamalar

Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib

Bakı, 10 dekabr, AZƏRTAC
Avropa çempionatının əsas mərhələsində İsveçlə keçirəcəyi oyunun hazırlığını davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Kənan Manafov zədəli olduğuna görə Emil Həsənzadə ilə əvəzlənib.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – İsveç görüşü saat 20:00-da başlayacaq.

 

İdman 2024-12-10 10:59:00