Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycanın Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Fəxrəddin Kərimovun “Mədəniyyətlərin qovşağında tale” adlı yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə F.Kərimovun yaradıcılıq taleyinə təsir edən mühüm hadisələrdən bəhs edilib.
Musiqiçinin dostları və həmkarları gecəni maestronun yaradıcılığına heyranlıqlarını ifadə etdikləri çıxışlarla tamamlayıblar. Yaradıcılıq gecəsinin baş qəhrəmanını və zaldakı tamaşaçıları musiqili sürprizlər gözləyirdi. Rus klassiklərinin ölməz şah əsərləri - “Muza” romansı və S.Rahmaninovun do minor şəkil etüdü Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Baş müəllimi Yuliya Kərimova, həmçinin BMA-nın tələbəsi Xəlil Mütəllibovun ifasında səsləndirilib.
Görüşün sonunda dinləyiciləri maraqlandıran suallar verildi.
Tallində azərbaycanlı rəssamın sərgisi açılıb
Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Bakıda yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunub
Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb