Misli Premyer Liqası: “Turan Tovuz” doğma meydanda üç xala sevinib
Bakı, 9 dekabr, AZƏRTAC
Misli Premyer Liqasında XVI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda reallaşan görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Tovuz klubu 30 xalla 3-cü, Şamaxı təmsilçisi isə 13 xalla 7-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”ə 4:0, “Araz-Naxçıvan” “Səbail”ə, “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib, “Sabah” və “Qarabağ” oyunu isə qollu heç-heçə ilə başa çatıb - 1:1.
Avropa Liqası: "Mançester Yunayted" evdə, "Tottenhem" səfərdə qalib gəlib
Qurban Qurbanov: Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır
Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi
Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib
Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub-YENİLƏNİB-6